"Gazprom" bu ölkəyə təbii qaz tədarükünü DAYANDIRDI
![](https://img.redaktor.az/news/2024/12/photo_265376.jpg?v=MTQ6NDYyMDI0LTEyLTI4IDIyOjU1OjQw)
Rusiyanın enerji şirkəti "Gazprom" 1 yanvar 2025-ci il tarixindən etibarən Moldovaya təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, şirkətin yaydığı yazılı bəyanatda, Moldovanın idxal etdiyi Rusiya qazına görə borcunu ödəmədiyi bildirilib.
Bəyanatda qeyd edilib ki, "Moldovagaz" şirkəti "Gazprom" ilə müqavilə öhdəliklərini tez-tez yerinə yetirə bilmir:
“Bu səbəbdən müqavilə şərtlərinə əsaslanaraq, 1 yanvar 2025-ci il tarixindən (yerli vaxtla saat 08:00-dan) Gazprom Moldovaya təbii qaz tədarükünü gündəlik 0 kubmetr ilə məhdudlaşdıracaq".
Qeyd edək ki, "Gazprom" Moldovaya ildə təxminən 2 milyard kubmetr təbii qaz tədarük edirdi.
Xatırladaq ki, Ukrayna müharibəsindən sonra Rusiya ilə bir çox Avropa ölkəsi arasında təbii qaz ticarəti dayandırılıb.
Seymur BƏNNAYEV