Suriyadakı ələvilər gələcəyə ümidlə baxır - Şeyx Hətəm
![](https://img.redaktor.az/news/2024/12/photo_265378.jpg)
Suriyada Ələvi icmasının tanınmış liderlərindən olan Şeyx Hətəm, ölkədəki yeni dövrdən ümidli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Şeyx Hətəm, keçmiş rejimi "zülm edən bir sistem" olaraq xarakterizə edərək: "Bu mərhələdə bizə zülm edən rejimdən ədalət yaşaya biləcəyimiz bir sistemə keçdiyimizi görürük", - deyə vurğulayıb.
Yeni rəhbərlikdən böyük gözləntiləri olduğunu ifadə edən Şeyx Hətəm, Ələvilərin özlərini azlıq kimi deyil, Suriyanın vacib bir hissəsi olaraq gördüklərini qeyd edib:
"Biz, bu cəmiyyətin əhəmiyyətli bir parçasıyıq və indi daha ədalətli bir gələcək üçün birləşmək zamanıdır".
Suriyadakı bütün məzhəblərə müraciət edən Şeyx Hətəm, həmrəyliyin vacibliyini vurğulayıb:
"Gəlin əl-ələ verib hər yerdə birlikdə çalışaq. Bu vətən hamımızındır".
Şeyx Hətəmin açıqlamaları, Suriyanın yeni dövrdə sülh və birlik istiqamətində atacağı addımlara dair böyük ümidlərin olduğunu göstərir.
Seymur BƏNNAYEV