Cənubi Koreyadakı təyyarə qəzasında ölənlərin sayı 80-i ötdü
Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 64-dən 85-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Boeing 737-800" təyyarəsi Banqkokdan gəlib. Məlumata görə, təyyarədə 175 sərnişindən 173-ü Koreya Respublikası, ikisi isə Tailand vətəndaşı, eyni zamanda altı ekipaj üzvü olub.
Yerli media yalnız iki nəfərin sağ qaldığını iddia edir.
Qeyd edək ki, Cənubi Koreyanın "Jeji Air" aviaşirkətinə məxsus təyyarə Seuldan 300 km cənub-qərbdə yerləşən Muan hava limanına eniş edərkən qəzaya uğrayıb.
Qəzanın səbəbinin təyyarə ilə toqquşması nəticəsində eniş aparatlarından birinin açılmamasına səbəb olan quşlar olduğu düşünülür. Təyyarə yüksək sürətlə uçuş-enmə zolağından çıxıb və hasara çırpılıb.
Sevinc İBRAHİMZADƏ