Təyyarə qəzasında 174 nəfərin öldüyü təsdiqləndi - YENİLƏNİB

 13:32 29.12.2024     832

Cənubi Koreyada “Jeju Air”in təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 174 nəfərin öldüyü təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

13:30

***

Koreya Respublikasında xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.