Ukrayna ilə strateji tərəfdaşlığa ümid edirik - Suriya XİN başçısı

 20:59 30.12.2024     196

“Ukrayna ilə strateji tərəfdaşlığa ümid edirik. Çünki Suriya və Ukrayna xalqlarının taleyi və yaşadığı çətinliklər oxşardır”.

Redaktor.az xəbərinə görə, bunu adıçəkilən ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdə bildirib.

“Təbii ki, oxşar taleləri yaşayan ölkələr və xalqlar bir-biri ilə münasibətləri daha da dərinləşdirməlidir. Bizim dövlətimiz 14 ildir müharibə şəraitindədir. Buna görə də xalqımız Ukraynanın üzləşdiyi münaqişəni çox yaxşı başa düşür”, o deyib.