ABŞ dondurulmuş Rusiya aktivlərinin 15 milyardlıq gəlirini Ukraynaya verəcək
ABŞ Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin 15 milyard dollarını Ukraynaya verəcək.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
O əlavə edib ki, ölkəsinin Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında müvafiq razılaşma artıq imzalanıb.
Hökumət başçısının sözlərinə görə, maliyyələşmə “PEACE in Ukraine” proqramı əsasında icra olunacaq, vəsaitin özü isə sosial və humanitar layihələrin icrasına yönləndiriləcək.