İslami Cihadın daha bir komandiri öldürüldü

 19:54 31.12.2024     185

İsrail hərbçiləri Qəzza zolağında İslami Cihad qruplaşmasının raket bölməsinin komandirini məhv ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilmiş Ənəs Məhəmməd Saadi Masri İsrail mülki vətəndaşlarına və İsrail Müdafiə Ordusunun hərbi qulluqçularına qarşı çoxsaylı hücumlara rəhbərlik edib.