Husilərin Müdafiə Nazirliyi VURULDU

 20:25 31.12.2024     181

Yəmənin üsyançı husilərin nəzarətində olan paytaxtı Səna aviazərbələrə məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, üsyançıların Müdafiə Nazirliyinin yerləşdiyi Əl-Arda kompleksinə iki, Əs-Saura bölgəsindəki “22 may” kompleksinə isə ən azı daha altı hava zərbəsi endirilib.

Hücumu ABŞ və Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.