Polşa bu ölkələrin rəsmiləri üçün vizasız gediş-gəlişi ləğv etmək niyyətindədir

 22:34 31.12.2024     178

Fransa, Almaniya, Polşa Avropa İttifaqının qərarına əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Veymar üçbucağının xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.

Nazirlər, həmçinin Gürcüstan hakimiyyətinə qarşı həm Aİ səviyyəsində, həm də bu ölkələr çərçivəsində digər tədbirlərin tətbiqini nəzərdən keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası (AK) Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını rəsmən təklif edib.