İtaliya sahilində qanunsuz miqrantların qayığı BATDI
İtaliyanın sahilində qanunsuz miqrantları daşıyan qayıq batıb, 20-dən çox insan itkin düşüb.
Redaktor.az xəbər verir ki, qayıq Lampedusa adası sahilində batıb.
Yeddi nəfəri xilas etmək mümkün olub, onların arasında Almaniyada yaşayan atası ilə birləşməyi ümid edən 8 yaşlı suriyalı oğlan da var. Onun anası da gəmidə olub, lakin taleyi bəlli deyil.
Sağ qalanlar itkin düşənlər arasında beş qadın və üç uşağın olduğunu açıqlayıblar.
Qayıq bazar ertəsi gecə Liviyanın Zuvara şəhərindən yola düşüb. Həlak olanların cəsədləri hələ tapılmayıb.