Konqonun hərbi tribunalı 13 əsgəri ölüm cəzasına məhkum ETDİ

 20:50 01.01.2025     157

Konqo Demokratik Respublikasında hərbi tribunal 13 əsgəri ölüm cəzasına məhkum edib.

Redaktor.az xəbər verir ki, hərbçilər qətl, qarət və fərarilikdə təqsirli bilinib.

İqtidar orqanları bildiriblər ki, proses əsgərlərin mövqelərindən qaçması nəticəsində yaranan ərazi itkilərindən sonra orduda intizamın gücləndirilməsinə yönəlib.

Konqo qoşunları artıq təxminən üç ildir ki, Ruanda tərəfindən dəstəklənən üsyançılar və digər silahlı qruplaşmalarla mübarizə aparır.

Ümumilikdə tribunal qarşısına 24 hərbçi çıxarılıb. Ölüm cəzasına məhkum edilən 13 nəfərdən əlavə, dörd nəfər 2-10 il həbs cəzasına məhkum edilib, altı nəfər bəraət alıb, bir nəfərin işi isə əlavə araşdırma üçün təxirə salınıb. Bütün məhkumlar təqsiri rədd edir və hökmə etiraz etmək üçün beş gün vaxtları var.

Konqo Demokratik Respublikasında ölüm cəzası 2003-cü ildə ləğv edilsə də, hərbi tribunallar tərəfindən hələ də tətbiq edilə bilər.