Qalant deputat mandatından imtina ETDİ

 10:30 02.01.2025     207

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deputat mandatından imtina etmək və müvəqqəti olaraq siyasətdən getmək qərarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən tezliklə Knessetin spikerinə istefa qərarım barədə məlumat verəcəyəm. Bununla da mənim 45 illik dövlət qulluğum başa çatacaq: onlardan 35-i İsrail Müdafiə Qüvvələrində, qalanları isə Knessetdə keçib", - o, çıxışında bildirib.

66 yaşlı Qalant siyasi karyerasına fasilə vermək qərarına gəldiyini, lakin parlamenti tərk etməsinə baxmayaraq, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyasının üzvü olaraq qalacağını açıqlayıb.