ABŞ-də hücum həyata keçirən ötən yay İŞİD-ə QOŞULUB

 21:19 02.01.2025     184

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Federalt Təhqiqat Bürosu direktorun müavini Kristofer Raya bildirib.

"Nyu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib.

Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.