Moldova Ermənistanın aviaşirkətinin uçuşlarına qadağa qoymaq istəyir

 23:30 02.01.2025     169

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoya bilər.

Redaktor.az xəbər verir ki, Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib. Belə bir qərarın məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Siyahıya həmçinin Rusiya, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.