Litva 14 milyon avroya İsveç qumbaraatanlarının alınmasına dair müqavilə imzaladı

 23:58 02.01.2025     179

Vilnüs İsveç istehsalçısı ilə 14 milyon avroya “Carl Gustaf” tank əleyhinə qumbaraatanların alınması üçün müqavilə imzalayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi xəbər yayıb.

“Müdafiə Resursları Agentliyi İsveçin “SAAB Bofors Dynamics AB” şirkətindən 14 milyon avroya “Carl Gustaf” tank əleyhinə qumbaraatanların alınmasına dair müqavilə imzalayıb”, - məlumatda bildirilir.

Müdafiə Nazirliyi bildirib ki, düşmənin zirehli texnikası və canlı qüvvəsi ilə döyüşmək üçün nəzərdə tutulmuş M4 model qumbaraatanlar alınır. Silahlar Litvaya 2025-2026-cı illərdə gələcək.