Çilidə 6,1 maqnitudalı zəlzələ OLDU

 02:22 03.01.2025     207

Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 72 min əhalisi olan Mariya-Elena şəhərindən 4,9 km şimal-şərqdə, zəlzələ ocağı 104 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.