Təhlükəsizlik qüvvələri Cənubi Koreya liderini həbs etmək üçün iqamətgaha gedib
Yun Sok Yola qarşı həbs qərarının icrasının təhlükəsizlik səbəbi ilə dayandırılması qərara alınıb.
Bildirilib ki, davam edən qarşıdurma səbəbindən həbs qərarının icrasının faktiki olaraq qeyri-mümkün olduğu qənaətinə gəlinib.
O da qeyd olunur ki, dövlət başçısını həbs etmək üçün hadisə yerinə gələn zabitlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən orderin icrası dayandırılıb.
***
Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gedib.
Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yüksək vəzifəli məmurlar arasında korrupsiyanın araşdırılması departamentinə istinadən yazıb.
İstintaq qrupunun nümayəndəsi telefonla bildirib ki, iqamətgahı qoruyan əsgərlər müstəntiqlərə Sok Yolun həbsinə dair orderi icra etməyə mane olurlar.