Berlində polis məntəqəsi yaxınlığında partlayış törədildi

Almaniya paytaxtında polis məntəqəsinin yanında naməlum əşyanın partlaması nəticəsində biri qadın olmaqla iki polis əməkdaşı xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Berlin hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.
Hadisə Vittenau rayonunda baş verib. Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.