Pekin və Moskva əsas məsələlərdə bir-birini dəstəkləyəcəklər - Çin səfiri

 15:16 03.01.2025     175

Rusiya və Çin qlobal səhnədə ədalətin tərəfdarıdır və əsas məsələlərdə bir-birini möhkəm dəstəkləyəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.

Diplomat vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpinin rəhbərliyi altında Moskva və Pekin münasibətləri “inkişaf tarixinin ən yaxşı dövrünü yaşayır”.

“Tərəflər bir-birinin əsas maraqlarına toxunan məsələlərdə bir-birinə güclü dəstək verir və beynəlxalq ədaləti birgə müdafiə edir, Rusiya Xizangla bağlı məsələlərdə Çinin mövqeyini başa düşür və dəstəkləyir və Çinin Xizang bölgəsinin sülh, sabitlik, rifah və inkişafını təmin etmək səylərini dəstəkləyir”, - deyə səfir bildirib.

Turan İSMAYIL