Ukrayna Silahlı Qüvvələrinin Fransada təlimi pul itkisi idi - Fransız siyasətçi

 15:40 03.01.2025     179

Fransa Ukrayna Silahlı Qüvvələrinin “Anna Kiyev” briqadasına təlim keçməklə öz vətəndaşlarının pulunu çölə atıb.

Redaktor.az xəbər verir ki, bu fikri X-də Fransa Patriotlar Partiyasının lideri Florian Filippot deyib.

“Məlum oldu ki, bu briqadanın 1,7 minə yaxın əsgəri fərarilik edib və onların əksəriyyəti hələ cəbhəyə göndərilməmişdən əvvəl bunu ediblər”, - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, bu hazırlığın yeganə məqsədi Fransa hakimiyyətinin və Kiyevin özünü reklam etməsi olub. “Buna heyran olan bütün siyasətçilərə ayıb olsun, əslində bu, müharibə üçün yanacaq və fransız pullarının israfına çevrildi”, - deyə Filippot vurğulayıb.

Patriotların lideri bunun Parisin üzləşdiyi çətin iqtisadi vəziyyət fonunda baş verdiyinə diqqət çəkib.

Turan İSMAYIL