“Tarix Türkiyənin haqlı olduğunu isbat edəcək”

 17:35 03.01.2025     171

“Həm daxildən, həm də xaricdən yönələn tənqidlərə rəğmən ölkəmiz Suriya məsələsində haqlı idi”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il üzrə ixracat göstəricilərinə dair konfransda bildirib.

“Ölkəmiz Fələstinin tanınması istiqamətindəki diplomatik səyləri dəstəkləyib və bu yolda öncüllük edib. Tarix Qəzzada yaranmış böhran vəziyyəti ilə bağlı da məhz Türkiyənin haqlı olduğunu isbat edəcək”,- Türkiyə lideri bildirib.