Almaniya mətbuatı Berbokun Suriyaya səfərinin məqsədini AÇIQLADI

 05:30 04.01.2025     194

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya və Çinin ölkəyə təsirinin yayılmasının qarşısını almaq üçün Suriyaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” portalı yazıb.

“BMT-nin terrorçu siyahısındakı üsyançılarla danışmaq? Nazir bunun tamamilə qeyri-mümkün və səhv olduğunu deməklə işini asanlaşdıra bilərdi. Amma danışmamaq daha yaxşı olardı? Xeyr! Əgər Almaniya və ya Avropa İttifaqı indi qapıları çırpsa, başqaları gələcək. Rusiya və Çin təmaslardan qorxmur”, - məqalədə deyilir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barrot Avropa İttifaqı adından danışıqlara başlamaq üçün Suriyaya səfər ediblər. Nazirlər Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə görüşüblər.

Almaniyanın xarici işlər naziri səfər zamanı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. O, bunun ölkənin suverenliyinə hörmət olduğunu vurğulayıb.