Nyu-York məhkəməsi yanvarın 10-da Trampa hökm oxuyacaq

 13:51 04.01.2025     159

Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organisation şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə prosesini yanvarın 10-na təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir.

“Müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da gəlməsi planlaşdırılır”, - sənəddə deyilir.

Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Trampa hökm oxunacaq.