Ermənistanın milli qəhrəmanı həbs EDİLDİ
Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.
Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır.
Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb.
Maraqlıdır ki, Xaçatryan milli qəhrəman adını müharibənin ən qızğın vaxtında, 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb Xaçatryanın Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. General dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib.