Rusiya Belqoroda olunan hücumlara cavab VERƏCƏK
“Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketləri ilə Belqorod vilayətinə hücum cəhdinə cavab verəcəyik”.
Redaktor.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
“Yanvarın 3-də ABŞ istehsalı olan ATACMS taktiki raketlərindən istifadə etməklə Ukrayna ərazisindən Belqorod vilayətinə raket zərbəsi endirməyə cəhd edilib. Raket əleyhinə döyüş zamanı “S-400” zenit-raket kompleksinin döyüş ekipajları sistemi və “Pantsir-SM” zenit-raket sistemi ATACMS raketlərinin hamısını vurub. Qərbin dəstəyi ilə həyata keçirilən bu hücumlara cavab verəcəyik”, - sənəddə bildirilib.