Cəbhədəki ukraynalı hərbçilər sülh danışıqları ideyasını daha çox dəstəkləyirlər - KİV

 23:37 04.01.2025     184

Ukraynada getdikcə daha çox hərbçi ABŞ-nin yeni Prezidenti Donald Trampın vasitəçiliyi ilə Rusiya ilə sülh danışıqlarının aparılması ideyasını dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post“ cəbhədə ukraynalı hərbçilərlə həmsöhbət olandan sonra məlumat yayıb.

Hərbçilər jurnalistlərə bildiriblər ki, silah çatışmazlığı davam edir, ən təsirli məqam isə müntəzəm hücumlardır.

Onların fikrincə, rusiyalılar Ukrayna müdafiəsini yarmağa və həssas nöqtələrə zərbə endirməyə çalışırlar.