ABŞ son 10 ilin ən güclü qar fırtınasına hazırlaşır - FOTO
Milyonlarla amerikalı son 10 ilin ən güclü qar fırtınasına hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin mərkəzində başlayan fırtına yaxın bir neçə gündə şərqə doğru hərəkət edəcək.
Qar fırtınası ilə bağlı Kentukki və Virciniya ştatlarında fövqəladə vəziyyət elan edilib. Həmçinin Missisipi və Florida da daxil olmaqla, şiddətli soyuğa öyrəşməmiş hissələrinə xəbərdarlıq edilib.
Sinoptiklər deyiblər ki, ekstremal hava şəraitinə Arktika ətrafında dövr edən qütb burulğanı səbəb olur. Bu, ABŞ üçün 2011-ci ildən bəri ən soyuq yanvar olacaq.
Kanzas, İndiana və Virciniya ştatlarının bəzi yerlərində qarın hündürlüyü 20 santimetrdən çox olub.