Avstriyanın yeni kansleri gələn həftə vəzifəsinin icrasına BAŞLAYACAQ

 19:35 05.01.2025     147

Avstriyada hazırkı hökumət başçısı Karl Nehammer istefa verdikdən sonra kabinetə yeni kansler başçılıq edəcək.

Redaktor.az xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Van der Bellen deyib.

Yanvarın 6-da Prezident parlament seçkilərində qalib gəlmiş Avstriya Azadlıq Partiyasının rəhbəri Herbert Kikl ilə görüşəcək və o, gələn həftədən səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, Avstriyada Avstriya Xalq Partiyasının (ÖVP) rəhbərliyi ilə aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra bu partiyanın sədri və hazırkı federal Kansler Karl Nehammer hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Avstriyada növbəti parlament seçkiləri 2024-cü il sentyabrın 29-da baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan “Yeni Avstriya – Liberal Forum” (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.