Əhməd əş-Şaranın ABŞ-dən iki xahişi OLUB
Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dən iki məsələdə dəstək istəyib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.
Əhməd əş-Şaranın ABŞ-dən ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”-a ABŞ-dən bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.
Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.