Salvadorda güclü zəlzələ baş VERDİ
![](https://img.redaktor.az/news/2025/01/photo_265972.jpg?v=MDE6MjMyMDI1LTAxLTA1IDIzOjIzOjM5)
Salvador sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 525 min nəfər əhalisi olan paytaxt San Salvadordan 64 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 53 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.