Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
ABŞ-ın paytaxtı Vaşinqtonda qar yağması səbəbindən yanvarın 7-dək fövqəladə vəziyyət elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə şəhər meri Muriel Bouzerin ofisinin açıqlamasında deyilir.
Qarın yağması fonunda şəhər sakinləri fəal şəkildə bişmiş məmulatlar, su, ət, kolbasa və toyuq əti almağa başlayıblar.
ABŞ-ın 12 ştatında qar yağması səbəbindən elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda güclü tufan müşahidə olunacaq.