ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır

 09:05 06.01.2025     136

ABŞ Suriyaya humanitar yardımın göndərilməsinə qoyulan məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, humanitar yardım, su və elektrik xidmətləri göstərən şirkətlər yüklərin ötürülməsi üçün ABŞ hakimiyyət orqanlarından xüsusi icazə almaq zərurətindən azad olacaqlar. Bundan başqa məqsədlər üçün istifadə etmək qadağandır.

Bildirilir ki, Vaşinqton ehtiyatlı davranır və ölkənin yeni hakimiyyətinin siyasətinin istiqaməti bəlli olana qədər Suriyaya qarşı bütün sanksiyaları ləğv etmir.

Türkan İSGƏNDƏRLİ