Cənubi Koreya və ABŞ-dən Şimali Koreyaya REAKSİYA
Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol və ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreyanın raket buraxılışını pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Seulda danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz bu gün Şimali Koreyanın ballistik raketinin buraxılışını pisləyirik. Mən Blinkenlə KXDR-in nüvə proqramı və Moskva ilə Pxenyan arasında əməkdaşlıq, eləcə də BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunması məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.
Qeyd edək ki, orta mənzilli ballistik raketin buraxılması yanvarın 6-da Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. Raket təxminən 1100 km məsafə qət edib.
Türkan İSGƏNDƏRLİ