Yaponiya ABŞ ilə müttəfiqliyini GÜCLƏNDİRƏCƏK
Bu il Yaponiya özünün müdafiə qabiliyyətinin artırılmasına və ABŞ ilə ittifaqın möhkəmlənməsinə xüsusi diqqət yetirəcək.
Redaktor.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba Yeni il münasibətilə keçirdiyi mətbuat konfransında deyib.
“Ən önəmlisi ölkəmizin müdafiə qabiliyyətidir, heç kimin ölkəmizə qarşı müharibəyə getməməsini təmin etmək üçün kifayət qədər çəkindirici qüvvələrdir. Yaponiya təkcə öz imkanlarını artırmaqla qalmayacaq, həm də müdafiəni gücləndirəcək", - deyə nazir qeyd edib.
Türkan İSGƏNDƏRLİ