Modi Fransaya səfər edəcək
Hindistanın baş naziri Narendra Modi fevralda Fransaya səfər etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, "The Hindu" qəzeti məlumat yayıb.
Məlumata görə, Parisdə Hindistan Hərbi Dəniz Qüvvələri üçün Rafale qırıcı təyyarələri və "Scorpene" sualtı qayıqlarının alınması ilə bağlı sövdələşmələr bağlana bilər.
"Prezident Modinin süni intellektlə bağlı sammitdə iştirak etmək üçün Parisə səfəri gözlənilir. Səfərin həm də ikitərəfli komponenti olacaq. Tərəflər müzakirənin son mərhələsində olan iki sövdələşmə üzərində işləyirlər", - deyə bildirilir.
Hindistan hökumətinin başçısı fevralın 10 və 11-də Fransada keçiriləcək sammitdə iştirak etmək üçün dəvət alıb.
Türkan İSGƏNDƏRLİ