Pezeşkian Putinlə görüşə GEDİR
İran prezidenti Məsud Pezeşkian ikitərəfli münasibətləri və regional məsələləri dəyərləndirmək üçün yanvarın 8-də İraqın baş naziri Məhəmməd Şia əl-Sudanini qəbul edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İran Prezident Aparatının Siyasi Məsələlər üzrə müavini Mehdi Senayi sosial media hesabındakı paylaşımda bildirib.
Senayi daha sonra qeyd edib:
“Prezident Pezeşkian cənab Vladimir Putin və cənab İmam Əli Rəhmondan dəvət alıb və yanvarın ortalarında Rusiya və Tacikistana səfər edəcək. Bu səfərlər zamanı ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir çox sənədlər imzalanacaq”.