Fermerlər Parisdə yolu bağladı - VİDEO

 13:31 06.01.2025     127

Fransada fermerlər paytaxt Paris yaxınlığında traktorlarla magistral yolu bağlayıblar.

Redaktor.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, fermerlər hökumətin kənd təsərrüfatı sahəsində siyasətinə etiraz edirlər. 

Aksiya səbəbindən İspaniya ilə sərhədə gedən yolda çətinliklər yaranıb. 

“Kənd koordinasiyası” həmkarlar ittifaqı tərəfindən təşkil edilən aksiyada ümumilikdə 8 traktorla 20 fermer iştirak edir. Təşkilat ölkənin Baş naziri Fransua Bayru və kənd təsərrüfatı naziri Anni Jenevar ilə görüş tələb edirlər. 

Bayru ilə görüşün yanvarın 13-nə elan edilməsinə baxmayaraq, fermerlər aksiyanı davam etdirirlər.