Qəzzada öldürülən jurnalistlərin sayı 220-yə çatdı
Qəzzadakı münaqişədə həlak olan jurnalistlərin sayı 220 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzanın şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə aviazərbəsi nəticəsində fələstinli yazıçı, şair və jurnalist Muhamməd Hicaz həyatını itirib.
Bununla da 7 oktyabr 2023-cü ildən bəri başlayan İsrail-Fələstin münaqişəsinin gedişində həlak olan jurnalistlərin ümumi sayı 220 nəfər çatıb. Telekanal Qəzzanın Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, Hicazi həftə sonu İsrailin hava hücumu nəticəsində həlak olan 90 fələstinlinin arasında yer alıb.
Qeyd edilir ki, fələstinli jurnalistlər ittifaqı İsrail ordusunun ötən ay ərzində fələstinli jurnalistlərə qarşı 84 cinayət və hüquq pozuntusu hallarına yol verdiyini bildirib. Bu insidentlərin çoxu Qəzza zolağında baş verib, 10 KİV əməkdaşının həlak olduğu deyilir.