Bayden dənizdə neft və qaz qazma işlərini qadağan etdi
ABŞ Prezidenti Co Bayden ABŞ-ın Atlantik və Sakit okean sahillərində dənizdə neft və qaz qazma işlərinə qadağa qoyub.
Redaktor.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
"Mən Şərq və Qərb sahillərini, Şərqi Meksika körfəzini və Alyaskanın şimalındakı Berinq dənizini neft və qaz qazmalarından qorumaq üçün tədbirlər görürəm", - deyə Bayden bildirib.
O qeyd edib ki, qazma işlərinə “risk etməyə dəyməz”.
Xatırladaq ki, keçən il "Chevron" Meksika körfəzindəki yatağından hər kvadrat düym üçün 20.000 funt (PSI) neft hasilatına başlayacağını elan etdi ki, bu da əvvəlki quyulardan üçdə bir dəfə yüksəkdir. 5,7 milyard dollar dəyərində olan "Anchor" layihəsi NOV, "Dril-Quip" və "Transocean" qazma gəmilərinin xüsusi dizaynlı avadanlıqlarından istifadə edir. Analitiklər deyirlər ki, yeni qazma texnologiyası əvvəllər əlçatmaz olan 5 milyard barrelə qədər neft hasil etməyə imkan verə bilər. "Wood Mackenzie"dən Mfon Usoro qeyd edir ki, "Chevron", "Beacon Offshore Energy" və BP layihələri gündə 300 000 barel yeni neft hasil edə və ABŞ-də 2 milyard barel neft əldə edə bilər.
Turan İSMAYIL