Dəməşq hava limanı bu tarixdən beynəlxalq reyslərə xidmət göstərməyə başlayacaq

 18:54 06.01.2025     174

Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-də yerli vaxtla saat 08:00-dan sonra müntəzəm beynəlxalq reyslərə xidmət göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Dəməşq uçuş məlumatı regionunun nəzarət xidməti məlumat verib.

“Ölkənin aviasiya hakimiyyət orqanlarından xüsusi icazənin alınması zərurətini ifadə edən uçuşlara xidmət üzrə məhdudiyyətlər yanvarın 7-də yerli vaxtla saat 08:00-dan etibarən qüvvəsini dayandıracaq”, - agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl ölkənin mülki aviasiya və hava nəqliyyatı departamentinin rəhbəri Əşhəd əl-Sleybi bildirmişdi ki, Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq reysləri qəbul edib göndərməyə başlayacaq. İndi Hələb hava limanı kimi yalnız xüsusi icazələrlə fəaliyyət göstərə bilər.

Turan İSMAYIL