Kanada Baş Naziri Trüdo istefasını ELAN ETDİ
Kanadanın Baş Naziri Castin Trüdo, Liberal Partiyanın yeni liderinin seçilməsindən sonra partiya liderliyindən və baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Trüdo paytaxt Ottavada keçirdiyi mətbuat konfransında ölkədəki siyasi "daxili çəkişmələr" səbəbindən gələcək seçkilərdə "ən yaxşı seçim olmayacağını" dərk etdiyini bildirib.
O, bu qərarının "ölkədəki qütbləşməni azaltmağa və parlamentin fəaliyyətini yaxşılaşdırmağa" kömək edəcəyinə inandığını vurğulayaraq deyib: "Liberal Partiya yeni lider seçdikdən sonra partiya liderliyindən və baş nazir vəzifəsindən istefa verməyi düşünürəm".
Özünü "mübariz bir insan" kimi xarakterizə edən Trüdo, "Bədənimdəki hər bir sümük mənə hər zaman mübarizə aparmağı söyləyib, çünki kanadalıları çox önəmsəyirəm", - deyə fikirlərini bölüşüb.
Seymur BƏNNAYEV