Suriyanın Hələb şəhərində daha bir kütləvi məzarlıq AŞKARLANDI

 22:00 06.01.2025     127

Suriyanın Hələb vilayətinin Nəkkarin kəndində, devrilmiş lider Bəşər Əsəd rejiminin qətlə yetirdiyi mülki şəxslərə aid olduğu güman edilən kütləvi məzarlıq tapılıb.

Redaktor.az xəbər verir ki, məlumatlara görə, məzarda təxminən 1500 nəfərin cəsəd qalıqları aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir və məzarın Əsəd rejiminin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin sübutu olduğu bildirilir.

Seymur BƏNNAYEV 

 

22