Fransada 19 bölgədə narıncı həyəcan elan EDİLDİ
Fransa meteorologiya agentliyi Meteo France, Atlantik sahillərindən gələn Floriane qasırğasının ölkənin şimalında yerləşən Vendée bölgəsindən başlayaraq paytaxt Paris də daxil olmaqla Île-de-France bölgəsində təsirli olacağını bildirib.
Redaktor.az xəbər verir ki, qasırğa səbəbindən Maine-et-Loire, Indre-et-Loire, Sarthe, Loir-et-Cher, Loiret, Eure-et-Loir, Yvelines, Essonne, Val-d'Oise, Seine-Saint-Denis, Val-de-Marne, Hauts-de-Seine, Paris, Seine-et-Marne, Aisne, Marne, Meuse, Ardennes və Loire et Rhône bölgələrində narıncı həyəcan elan olunub.
Saatda 110 kilometr sürətə çatacağı gözlənilən Floriane qasırğasının axşam saatlarına qədər təsirini davam etdirəcəyi proqnozlaşdırılır.