İranda güclü zəlzələ baş VERDİ

 22:23 06.01.2025     127

Tehran Universiteti Seysmologiya Mərkəzi İranın cənubunda yerləşən Buşehr əyalətində 5,2 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, mərkəzin məlumatına görə, episentri Buşehr əyalətinin Cəm şəhəri olan zəlzələ yerli vaxtla saat 20:29-da qeydə alınıb.

Zəlzələ 20 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində insan tələfatı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Seymur BƏNNAYEV