Qəzzada daha bir uşaq donaraq həyatını İTİRDİ
İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzza Zolağında 35 günlük bir körpə donaraq həyatını itirib.
Redaktor.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi sərt iqlim şəraiti və şiddətli soyuqlar səbəbilə dünyasını dəyişənlərlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib: “Qəzza Zolağında yaşanan sərt iqlim şəraiti və həddindən artıq soyuqlar səbəbindən hələ 35 günlük olan Yusif Əhməd Ənvər Qulub adlı körpə həyatını itirib".
Nazirlik həddindən artıq soyuqlar səbəbilə ölüm hallarının artmasına diqqət çəkərək, bu hadisə ilə indiyə qədər ümumi ölüm sayının 8-ə çatdığını vurğulayıb.
Seymur BƏNNAYEV