Özbəkistanda da zəlzələ OLDU

 00:05 07.01.2025     168

Özbəkistanın Nəvai vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“Zəlzələ yanvarın 6-da saat 20:25-də qeydə alınıb. Zəlzələnin episentri Nəvai vilayətinin Tamdin rayonunda yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib. Zəlzələnin episentrindən Daşkəndədək olan məsafə şimal-qərb istiqamətində 352 km olub”, - məlumatda deyilir.

Mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ respublikanın əksər ərazilərində hiss olunmayıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, bu gecə Azərbaycan-İran sərhədində, həmçinin Ermənistanda da zəlzələ baş verib.

Turan İSMAYIL