Santa Maria Kilsəsindəki silahlı hücumla bağlı məhkəmə prosesi BAŞLADI

 00:17 07.01.2025     141

İstanbulun Sarıyer rayonunda yerləşən Santa Maria Kilsəsində iki silahlı hücumçunun həyata keçirdiyi və bir nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə prosesi başlayıb.

Redaktor.az xəbər verir ki, 28 yanvar 2024-cü ildə, bazar ibadəti zamanı, üzlərində maska olan iki şəxs kilsəyə silahlı hücum təşkil esib. Hadisə nəticəsində 52 yaşlı Tuncer Cihan həyatını itirib.

Hücumla bağlı, aralarında maskalı hücumçular David Tanduev və Amirjon Xolikovun da olduğu 43 təqsirləndirilən şəxsin mühakiməsinə başlanılıb.

İstanbul 26-cı Ağır Cəza Məhkəməsi tərəfindən Silivridəki Marmara Cəzaçəkmə Müəssisəsində keçirilən məhkəmə iclasında bir neçə həbsdə olan təqsirləndirilən şəxs, 4 azadlıqda olan təqsirləndirilən şəxs və tərəf vəkilləri iştirak edib.

Seymur BƏNNAYEV