2024-cü il Yaponiyanın qeydə alınmış ən isti ili OLDU

 01:19 07.01.2025     161

Yaponiyada 2024-cü il üzrə orta temperatur, ölkə tarixində indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb.

Redaktor.az xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) məlumatlarına görə, 2024-cü ildə qeydə alınan temperatur ortalaması, müqayisəli məlumatların ilk dəfə qeydə alındığı 1898-ci ildən bəri ən yüksək səviyyədə olub.

2024-cü ilin yanvar-dekabr dövründə orta temperaturun, 1991-2020-ci illər üzrə orta göstəricidən 1,48 dərəcə yüksək olduğu bildirilib.

JMA açıqlamasında bildirilib ki,  uzunmüddətli perspektivdə Yaponiyada hava temperaturu hər əsrdə 1,4 dərəcə artış göstərir.

İlin ən yüksək temperaturu 29 iyulda Toçigi prefekturasında 41 dərəcə olaraq qeydə alınıb. Yaz fəsli bitdikdən sonra da yüksək temperatur davam edib. Tokioda 19 oktyabrda maksimum temperatur 30,1 dərəcə olaraq ölçülüb.

Bununla yanaşı, ölkənin ən yüksək zirvəsi olan Fuji-san dağında məşhur qar örtüyünün 2024-cü ilin noyabr ayının əvvəlinə qədər görünmədiyi qeyd edilib.

Orta temperatur artımında qlobal istiləşmə və qərb mənşəli küləklərin təsirinin xüsusi rol oynadığı vurğulanıb.

Seymur BƏNNAYEV