Lukaşenko məndən üzr istəyib - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski iddia edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ondan üzr istəyib.
Redaktor.az xəbər verir ki, ABŞ-nin tanınmış podkast aparıcısı Lex Fridmana müsahibə verən Zelenski, müharibənin başlamasından iki-üç gün sonra Lukaşenko ilə telefon danışığı apardığını bildirib.
O qeyd edib ki, Lukaşenko ona: “Bu mənim günahım deyil. Raketlər mənim ərazimdən atılıb, amma bunu edən Putin idi. Şahidlərim var, üzr istəyirəm”, - deyib.
Zelenski, Lukaşenkonun Rusiyaya qarşı addım ata bilməyəcəyini dediyini vurğulayıb. Ukrayna lideri buna cavab olaraq Lukaşenkoya: “Bu müharibədir. Belarus ərazisindən bizim torpaqlara raket atılıb. Buna necə icazə verdiniz?”, - sualını verdiyini açıqlayıb.
Lukaşenkonun isə buna cavab olaraq: “Yaxşı, o zaman cavab verin. Mozyr Neftayırma Zavodunu vurun. Bunun nə qədər önəmli olduğunu bilirsiniz.” dediyini əlavə edib.
Seymur BƏNNAYEV