Tibetdə güclü zəlzələ - çox sayda ölən var

 09:00 07.01.2025     215

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. 

Zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.